Yaxın günlərdə Ermənistanda təkcə müxalifət düşərgəsindən yox, həm də hakimiyyət daxilindən yeni səs-küylü həbslər gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti Ermənistanın hökumət mənbələrinə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində iki qubernator və bir nazir var. Onların kimliyi açıqlanmayıb, amma mənbə qeyd edib ki, bu xəbər çox tezliklə təsdqini tapacaq.