KİV: Pakistan Ermənistanda səfirlik açmağı planlaşdırır

Pakistan Ermənistanla diplomatik münasibətləri normallaşdırmaq çərçivəsində bu ölkədə səfirlik açmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatlara görə, səfirliyin açılması gələn il planlaşdırılır.

Ermənistan Xarici İşlər Nazirliyi Pakistanın Ermənistanda səfirlik açması ilə bağlı xəbərləri təkzib etməyib. Nazirliyin rəsmi açıqlamasında bildirilir:

"Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommunikenin imzalanması ilə tərəflər qarşılıqlı nümayəndələr təyin etməyə və bir-birinə zəruri dəstək göstərməyə razılıq veriblər. Bu proses 1961-ci il Vyana Konvensiyası və beynəlxalq ənənəvi praktikaya uyğun olaraq həyata keçiriləcək. Gələcək inkişaflar barədə ictimaiyyətə müvafiq məlumat veriləcək".