Kobaxidze: Bu məsələni Bakı ilə yenidən razılaşdırmaq istəyirik

Cənub Qaz Dəhlizi üzrə saziş gələn ilin sonuna qədər qüvvədədir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Saziş gələn ilin sonuna qədər qüvvədədir. Əlbəttə, Azərbaycan tərəfi ilə danışıqlarımız olacaq, əminəm ki, dostluğumuzu nəzərə alaraq, bu danışıqlar çox konstruktiv və mehriban şəraitdə aparılacaq. Gəlin, danışıqların nəticələrini gözləyək. Nəticələr barədə əvvəlcədən danışmaq düzgün olmazdı. İki ölkə arasında müvafiq məsləhətləşmələr aparacağıq, ümid edirəm ki, dostluq şəraitində razılaşacağıq”, - o bildirib.