Kobaxidze: Zelenski bunu eləsə, ağlasığmaz xəyanət olacaq
05:54 30.10.2025
Cənubi Qafqaz
419
“2004–2008-ci illərdə (Mixail Saakaşvilinin rəhbərlik etdiyi) keçmiş hökumətin atdığı addımlar 2008-ci il Rusiya müdaxiləsi və işğalına zəmin yaratmışdı. Eyni tələblər 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra hazırkı Gürcüstan hökumətinə qarşı irəli sürülürdü”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Ədalətsizliyə göz yumduğun anda milli maraqlar tam şəkildə tapdalanır, burada güzəşt ola bilməz. 2008-ci il müharibəsinə bizi bu xəyanətkar qüvvə gətirib çıxardı, indi də kimlərsə həmin siyasi qüvvəni qoruyur. Belə himayədarlığa göz yuma bilmərik. Onların 2004–2008-ci illərdə etdikləri hərəkətlər Rusiya müdaxiləsinə zəmin yaratdı, eyni şeyi bizdən 2022-ci ildən bəri istəyirlər”, - o bildirib.
Kobaxidzenin sözlərinə görə, bu qüvvənin 2008-ci il müharibəsi ilə etdiyi ağır xəyanət cəzasız qalmamalıdır:
“Bu addımlar Kremlə faydalı oldu, Rusiya ölkəmizdəki hərbi iştirakını genişləndirdi və ərazi nəzarətini artırdı. 2004-cü ildən aqressiv ritorika başladı, bizdən də eyni addımların atılmasını istəyirdilər. Həmin il onlar ilk dəfə Cənubi Osetiyaya hərbi müdaxilə etməyə cəhd etdilər, sonradan vəziyyəti bir qədər sakitləşdirmək mümkün oldu. 2006-cı ildə isə Saakaşvili rejimi tərəfindən planlaşdırılan proseslərin nəticəsində Cənubi Osetiyada separatçı seçkilər keçirildi. Həmin vaxt Gürcüstan hökuməti Cənubi Osetiyada “prezident seçkiləri” təşkil etdi və qeyri-konstitusion yolla “Cənubi Osetiya prezidenti” seçildi. Bu, açıq-açıq xəyanət deyildimi? Əlbəttə, xəyanət idi”.
Baş nazir vurğulayıb ki, 2007-ci ildə qəbul edilmiş qanun və prezident fərmanı ilə keçmiş Cənubi Osetiya Muxtar Vilayəti ərazisində “müvəqqəti administrasiya” yaradılıb və 1990-cı ildən ləğv edilmiş sərhədlər bərpa olunub:
“Bu addım separatçı seçkilərin dolayı leqitimləşdirilməsi idi. Bu, nə axmaqlıq idi, nə də hesablanmamış addım, bu, açıq xəyanət idi. Sonra Axalqori bələdiyyəsini həmin sərhədlərə daxil etməklə Rusiyaya və de-fakto hakimiyyətə ora iddia irəli sürmək imkanı verdilər. Nəticədə minlərlə insan zərər çəkdi və çoxu qaçqın oldu. Bu, açıq xəyanətin xronikasıdır”.
Kobaxidze həmçinin qeyd edib ki, Kodori dərəsinə “Yuxarı Abxaziya” adının verilməsi və 2008-ci ilin avqust hadisələri bu xəyanətin kulminasiyası idi:
“Avropa Şurasının qətnaməsində açıq şəkildə yazılıb ki, avqustun 7-də genişmiqyaslı hərbi münaqişə Sxinvaliyə hücumla başlayıb. Həmin qətnaməyə imza atan da o vaxtkı hakimiyyət idi, orada Rusiya müdaxiləsi ‘cavab zərbəsi’ kimi təqdim olunub. Məsələn, Zelenski müharibənin Ukraynanın Rusiyaya hücumu ilə genişmiqyaslı hərbi əməliyyata çevrildiyini bildirən Avropa Şurasının qətnaməsini imzalasa, bu, ağlasığmaz xəyanət olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya