
Müxalifət sanki mübarizədən geri çəkilir: Saakaşvilinin hakimiyyəti devirmək gücü yoxdur
Yusif Nəzərli
11:19 02.10.2025
Cənubi Qafqaz
367
“Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”.
Bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili deyib.
Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq.
“Bütün bunlar olarsa, ümumi ümidsizlik baş qaldıracaq və Qərb bizdən əl çəkəcək. Ona görə də ayın 4-də ayağa qalxmaq, ölkəmizi xilas etmək üçün son şansdır. Odur ki, 4-də gəlin və sona qədər dayanın. Azadlıq indi və ya heç vaxt”, - Saakaşvili vurğulayıb.
Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. M.Saakaşvilinin Milli Hərəkat Partiyası həmin gün Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Partiya təmsilçiləri nümayişlər zamanı sərt addım ata biləcəklərini açıqlayıblar. Gürcüstan rəsmiləri mümkün hadisələri Saakaşvilinin hakimiyyətə qaytarılması üçün təxribatçı plan hesab edir.
Politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, keçən il, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilmişdi:

"Seçkinin nəticəsindən narazı qalan müxalifət bu günə qədər Tbilisidə etiraz aksiyalarını davam etdirir. Müxalifətin böyük bir hissəsi bu ilki seçkilərdə iştirak etmək istəmir. Onların fikrincə, iştirakın mənası yoxdur, çünki hakimiyyət hər halda bu seçkilərdə qalib gələcək. Buna görə də müxalifət sanki mübarizədən geri çəkilir. Saakaşvilinin “xalq ayağa qalxsın” çağırışına gəlincə, bu gün Gürcüstanda müxalifətin hakimiyyəti devirmək gücü yoxdur. Hazırkı hakimiyyət bəzi məqamlarla Rusiya ilə yaxın olsa da, əsasən Gürcüstan əhalisinin mövqeyini qorumağa çalışır. Ötən il parlament seçkilərində hakimiyyət Qərb qüvvələrinin ölkəni müharibəyə sürükləmək cəhdlərinə qarşı dayanaraq seçkidə qalib gəldi. Gürcü xalqı da bu siyasəti dəstəklədi və nəticədə hakim partiyanın namizədlərinin yerli seçkilərdə də daha çox səs qazanma şansı yüksək görünür. Nəticə isə əsasən xalqın səsverməyə gəlməsindən və orada iştirak etməsindən asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual