Nikol Paşinyan: Azərbaycan və Ermənistan arasında etimad artır

“Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün gələcək perspektivinə inanıram”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Son dövrün işlərini təhlil edərkən bunu qeyd etmək vacibdir, əgər şərti olaraq desəm, Ermənistan və Azərbaycan arasında etimad bir millimetr artırsa, bu, praktik baxımdan on santimetr irəliləyiş gətirir. Bu sadə, şərti bir formul kimi səslənir, amma həmin məsələyə dair təəssüratlarımı da bölüşmək istəyirəm.

Demək istəyirəm ki, bu gün mən sülh perspektivi barədə 2025-ci ilin avqustun 15-20-si ilə müqayisədə daha çox optimistəm, baxmayaraq ki, həmin vaxt da əvvəlki dövrlərlə müqayisədə heç vaxt olmadığı qədər nikbin idim”, - baş nazir bildirib.