
Parlamentari: AB regiona özünün hərbi kontingentini "müşahidə missiyası" adı altında yeritməkdədir
Yusif Nəzərli
12:10 31.01.2025
Cənubi Qafqaz
544
Elçin Mirzəbəyli: AB "müşahidəçilərinin" hərəkətləri məqsədyönlü şəkildə qıcıqlandırıcı davranışlardır
Avropa Birliyinin (AB) Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçiləri"nin fəallığı səngimək bilmir.
Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində AB bayrağının olduğu 2 ədəd "Cip" markalı avtomobildə biri hərbçi və üçü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrək, ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geri qayıdıblar.
AB nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Xatırladaq ki, AB ölkələrinin səfirləri AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin artırılmasını təsdiqləyiblər.
Bu barədə AB-dən məlumat verilib.
Qeyd olunub ki, missiya daha iki il - 2027-ci il fevralın 19-dək fəaliyyətini davam etdirəcək.
Milli Məclisinin deputatı, Əməkdar jurnalisti Elçin Mirzəbəyli "Sherg.az"a bildirib ki, "müşahidə missiyası"nın mövcudluq müddətinin uzadılması və tərkibi ilə bağlı atılan bütün addımlar daha öncə əldə olunmuş anlaşmalara tamamilə ziddir. Həmçinin sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərpa olunmasına məqsədyönlü şəkildə yaradılmış maneədir:

"Bu Azərbaycanla razılaşdırılmadan həyata keçirildiyi üçün heç bir halda rəsmi Bakı tərəfindən qəbul edilə bilməz. Tədricən AB müşahidə missiyası adlandırılan guya "mülki missiyanın" hərbiləşdirilməsinin şahidi olduq. Əvvəlcə 40 nəfərlə başladılar. Aralarında hərbiçilər və xüsusi xidmət orqanlarının üzvlərinin olduğu ortaya çıxdı. Daha sonra tərkibinə AB-nin üzvü olmayan ölkələrin, o cümlədən Kanadanın da nümayəndələri daxil edildi. Hər halda missiyanın 200-dən çox əməkdaşı var və bu say getdikcə artmaqdadır. Hətta bəzi mənbələr onların 2 minə çatacağını səsləndirirlər. Bu da onu sübut edir ki, əslində AB tədricən əraziyə özünün hərbi kontingentini "müşahidə missiyası" adı altında yeritməkdədir. Proses təkcə Azərbaycan deyil, region dövlətləri üçün də təhdid yaradır. Onlar təkcə Azərbaycan sərhədlərində peyda olmurlar. Eyni zamanda Gümrü ərazisindən Türkiyə sərhədlərini də müşahidə edirlər".
Ekspert əlavə edib ki, AB "müşahidəçilərinin" hərəkətləri məqsədyönlü şəkildə qıcıqlandırıcı davranışlardır:
"Nikol Paşinyanın qondarma missiya ilə bağlı səsləndirdiyi fikirlərə nəzər salsaq, mahiyyətinin nədən ibarət olduğunu görə bilərik. Burada bir neçə aspekt var. Bəlli olduğu kimi, Azərbaycan hər bir xarici qüvvənin regionda iştirakının əleyhinədir. Məhz sülh müqaviləsinin şərtlərindən AB missiyasının Ermənistandan çıxarılması ilə əlaqədardır. Amma bunun qarşılığında Paşinyan qeyd edir ki, AB missiyası tədricən delimitasiya olunmuş ərazilərdən çıxır. Lakin Azərbaycan və Ermənistan şərti sərhəddinin uzunluğu 1007 km-dir. Onun cəmi 13 km-i 1 il ərzində delimitasiya olunub. Yerdə qalan 994 km-i isə bəlkə də 10 illərlə vaxt apara bilər. Bu i deməkdir ki, AB-nin missiyası da həmin torpaqlarda daimi mövcud olacaq. Üstəlik, hərbiləşdirilmiş missiya funksiyasını yerinə yetirəcək. Həmçinin delimitasiya prosesində Azərbaycana təzyiq aləti kimi istifadə olunacaq".
Elçin Mirzəbəyli vurğulayıb ki, müasir beynəlxalq hüququn doktrinası onu deməyə əsas verir ki, dövlətlərin özünə müdafiə hüququnun gerçəkləşməsi təkcə onların ərazisində baş verən proseslərlə əlaqədar olan yanaşma deyil:
"Yəni, Azərbaycan ərazilərinə ölkədən kənarda hər hansı bir təhdid yaranacaqsa, o zaman bu, həm də rəsmi Bakının özünümüdafiə hüququnu həyata keçirməsinə zəmin yaradır. Ümumiyyətlə Ermənistanda kimliyindən asılı olmayaraq, hərbi obyektlər Azərbaycan üçün legitim hərbi hədəflərə çevrilirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm