
Parlamentari: Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir
Yusif Nəzərli
02:00 04.03.2025
Cənubi Qafqaz
541
Hindistan mediasının tirajladığı dezinformasiyalar Qərbdən ötürülən tezislər əsasında hazırlanır
Hindistan mətbuatı iddia edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün Türkiyənin dəstəyi ilə Ermənistana qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırır. Rusiya XİN dərhal buna reaksiya verdi və bildirildi ki, Cənubi Qafqazda nəqliyyat blokadasının güc yolu ilə götürülməsi variantı qəbuledilməzdir. Qeyd olundu ki, bu məsələdə Moskvanın mövqeyi bəllidir. Hindistan mətbuatı bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin “məxfi sənədlərində” məlumatın yer aldığını bildirmişdi. Lakin Ukrayna Baş Kəşfiyyat İdarəsi bu məlumatı təkzib edib.
Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, bu cür dezinformasiyaların yayılmasında Hindistanın öz maraqları da var. Deputat bildirib ki, Pakistanın baş nazirinin Azərbaycana səfəri və ölkəmizdə verilən mesajlardan sonra Hindistanın bu və ya digər formada reaksiya verməsi gözlənilən idi:

"Azərbaycan-Pakistan münasibətlərinin inkişafı rəsmi Dehli tərəfindən aqressivliklə qarşılanır. Prinsip etibarı ilə bütövlükdə Azərbaycan-Pakistan və Türkiyə birliyini, bu üçlü platformanı özlərinə qarşı təhdid kimi görürlər. Bu aspektdən Hindistan mediası siyasi sifariş əsasında Azərbaycan və Türkiyənin bölgədə guya hərbi əməliyyatlara başlayacağı və Zəngəzur dəhlizinin güc yolu ilə alınacağı ilə bağlı məqsədyönlü şəkildə informasiyalar tirajlayırlar. Burada Qərb dairələrinin bilavasitə iştirakı mümkündür. Bəlli olduğu kimi Hindistan özünü müstəqil güc təqdim etməyə cəhd göstərsə də, mahiyyət etibarı ilə, xüsusən Cənubi Qafqazdakı proseslərdə əsasən Fransanın təhriki ilə hərəkət edir. Burada Qərbdən ötürülən tezislərin də rol oynaması mümkündür".
Parlament üzvü vurğulayıb ki, bölgəmizdə hərbi əməliyyatların baş verməsi gözlənilmir:
"Rusiyanın reaksiyası da qəribədir. Hindistan mediasında səslənən hansısa mülahizəyə Rusiyanın XİN səviyyəsində reaksiya verməsi müəyyən qədər şübhəli görünür. Sanki burada qarşılıqlı şəkildə "pas"laşmanın şahidi oluruq. Ümid edək ki, bu, əslində, Rusiyanı bölgə ilə bağlı ümumi təhlükəsizlik konsepsiyasından çıxış edərək səsləndirdiyi fikirlərdir. Əslində, Hindistanın davranışları, atdığı addımlar son nəticədə həm də Rusiyanın maraqlarına ziyan vurur. Amma nədənsə, Moskvanın son zamanlar gedişlərində ənənəvi siyasətə uyğun gəlməyən yeni istiqamətlər nəzərə çarpır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
İrəvanda Türkiyə bayrağı yandırılıb - Paşinyandan reaksiya
22:59 23.04.2026
Cənubi Qafqaz
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm