
Paşinyan hakimiyyətinin anti-azərbaycan çağırışlarının şahidi oluruq: Regionda vəziyyət gərginləşəcək
09:17 10.02.2025
Cənubi Qafqaz
517
Bizim diqqətimiz hərbi təxribatlara yönəlib, amma dünyada daha yetkin taktika və metodologiya var.
Bunu erməni siyasi şərhçi Akop Badalyan yazıb.
O bildirib ki, hazırda Ermənistan iqtisadiyyatı hücum altındadır:
“Bu gün Zəngəzur zavodu ətrafında baş verənlər getdikcə daha çox Ermənistana hibrid hücum təəssüratını yaradır. Bu hücumda zavodun yüzlərlə əməkdaşının səmimi niyyət və emosiyalarından istifadə edilir.
Ermənistan hər gün yüz milyon dram itirir və müəssisə 400 milyona yaxın itkiyə məruz qalıb. İndi təsəvvür edək ki, Ermənistan bu həftə ərzində itirdiyi 700 milyon dramla nə qədər mühüm layihələr həyata keçirə bilərdi”.
A.Badalyan Ermənistanın xaos içində olan iqtisadi-sosial vəziyyətindən yaranan Zəngəzur zavodu böhranını Azərbaycan və Türkiyənin “hibrid hücumu” kimi təqdim etməyə çalışıb.
Qeyd edək ki, bir qədər əvvəl Zəngəzur mis-molibden zavodunda işçilər əməkhaqqının 50% artırılması tələbi ilə tətil ediblər. Aksiyalar zamanı işçilər arasında silahlı insident olub, 10 nəfər saxlanılıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, təkcə erməni şərhçiləri deyil, ümumiyyətlə dövlət səviyyəsində Paşinyan administrasiyası anti-azərbaycan təbliğatı aparırlar:

"Ermənistan nümayəndələrinin bütün fikirləri Azərbaycan haqqında Ermənistan daxilində və beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa hesablanıb. Yalandan publikaya işləyən məlumatlar verirlər ki, guya Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, o cümlədən sülh sazişi imzalamaq istəyirlər. Bütün bunlar sözdədir. Lakin əməldə Paşinyan hakimiyyətinin beynəlxalq miqyasda anti-azərbaycan, anti-türkiyə çıxışları və çağırışlarının şahidi oluruq. Digər tərəfdən cəmiyyəti və dövləti bu cür təhlükəli situasiyalara sürükləmək və Azərbaycana qarşı kökləmək üçün əllərindən gələni etmək Ermənistan üçün zərərli addımdır. Çünki rəsmi İrəvanın durumu göz önündədir. Paşinyan və onun komandası bunu nə qədər tez başa düşüb yola gələrlərsə, onlar üçün daha faydalı olar. Əks təqdirdə məhz iki ölkə arasında və Cənubi Qafqazda vəziyyəti gərginləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol