
Paşinyan haqlıdır: Ermənistan böyük güclərin planlarının bir parçası olduğunu anlayır
09:29 02.09.2025
Cənubi Qafqaz
378
Ermənistan bu səhvlərdən dərs çıxarmalı və müstəqil siyasət yürütməyi öyrənməlidir
“Ermənistan əvvəllər başqa ölkələrin, başqa dövlətlərin sayəsində mövcud olub”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İndiki Ermənistanla keçmiş Ermənistan arasında hansı fərq var? Ermənistan əvvəllər başqa ölkələrin, başqa dövlətlərin sayəsində mövcud idi. Bu gün Ermənistan özünün və vətəndaşlarının sayəsində mövcuddur”, - baş nazir bildirib.
Təsadüfi deyil ki, Paşinyanın bu açıqlaması onun tutduğu “reallıqlarla barışmaq” xəttinin davamıdır. Baş nazir cəmiyyətə açıq şəkildə çatdırmağa çalışır ki, Ermənistan artıq əvvəlki kimi yalnız xarici güclərin dəstəyi ilə mövcud ola bilməz. Bu, həm Qarabağ münaqişəsindən sonrakı dövrün şərtləri, həm də regional balansla bağlı yeni vəziyyətin qəbul edilməsini tələb edir. Paşinyan isə bu mövqeyi yalnız siyasi gündəlikdə deyil, ictimai şüurda da möhkəmləndirmək niyyətindədir. Onun hədəfi Ermənistanı xarici təsirlərdən asılı vəziyyətdən çıxarmaq, daxili potensiala və vətəndaş həmrəyliyinə söykənən siyasəti cəmiyyət üçün qəbulolunan hala gətirməkdir.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, Paşinyanın bu sözləri haqsız deyil:

"Biz yaxşı bilirik ki, hələ Çar Rusiyası dövründən belə bir siyasət mövcud olub. Onlar zaman-zaman terror hadisələrinə əl atıblar. Çar Rusiyası dağıldıqdan sonra isə "Daşnak" rejimi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı müxtəlif təxribatçı əməllər törədiblər. Sovet İttifaqı dövründə də bu siyasət davam etdirildi. Həmçinin SSRİ dağıldıqdan sonra Ermənistan daxilində radikal qüvvələrin, həmçinin faşist meyillərinin təsiri nəticəsində Qarabağ işğal olundu, Xocalı faciəsi kimi dəhşətli cinayət törədildi və uzun illər işğalçılıq siyasəti davam etdirildi.
Bəs bu siyasət Ermənistana nə verdi? Heç nə. Beynəlxalq ictimaiyyət real addımlar atmasa da bilirdi ki, Ermənistan işğalçı dövlətdir. Ermənistan müharibədə öz resurslarını tükətdi, Qarabağı işğal etsə də, orada heç bir inkişaf yarada bilmədi. Əksinə, ölkə yoxsulluğun geniş yayıldığı, əhalinin kütləvi şəkildə miqrasiya etdiyi bir dövlətə çevrildi. Nəticə etibarilə bu işğal siyasəti uzun müddət qalmayacaqdı. 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi".
Analitik qeyd edib ki, bu gün artıq Ermənistan başa düşür ki, o, böyük güclərin planlarının sadəcə bir parçası olub və nəticədə yalnız itirib:
"Ermənistan bu səhvlərdən dərs çıxarmalı və bundan sonra kənar güclərin aləti olmaq əvəzinə, müstəqil siyasət yürütməyi öyrənməlidir. Bunun ilk addımı Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Əgər Ermənistan həqiqətən də keçmiş ağalarının caynağından qurtulmaq istəyirsə, Azərbaycanla sülh sazişi bağlamalı və bu günə qədər etdiyi cinayətləri bir daha dərindən düşünməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm