Paşinyan: İndi Azərbaycan və Ermənistan arasında de-fakto sülh var
21:41 14.08.2025
Cənubi Qafqaz
413
İndi Azərbaycan və Ermənistan arasında de-fakto sülh var.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində deyib.
“İndi bizdə de-fakto sülh var. Ortaq investisiya layihələri həyata keçirmək, iqtisadi əməkdaşlıq etmək vaxtıdır. ABŞ-nin iştirakı bu hekayəni potensial investorlar üçün daha da cəlbedici edəcək”, - o söyləyib.
Paşinyan kommunikasiyaların açılması ilə bağlı razılaşmanı sülhün əldə olunması istiqamətində irəliləyiş adlandırıb. O, sözügedən razılaşmanın ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlı və beynəlxalq səviyyədə tanınmış sərhədlər prinsiplərinə əsaslandığını qeyd edib.
Nikol Paşinyan Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin münasibətlərin normalaşması üçün zəmin yaratdığını, bununla belə hər iki liderin onilliklər boyu davam edən düşmənçiliyin bir gecədə yox olmayacağını dərk etdiyini söyləyib.
“Hər şeyi bir gün, bir həftə və ya hətta bir il ərzində dəyişmək mümkün deyil. Amma bu sənəd (Birgə Bəyannamə - red.), nə istədiyimizin bariz ifadəsidir. Hər iki lider - həm Prezident Əliyev, həm də mən bu vəziyyəti dəyişmək istəyirik”, - o deyib.
Paşinyan Ermənistanın yeni konstitusiyasının hazırlanması üzərində iş aparıldığını sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya