Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi: Təhlükəlidir

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanın Qarabağ bölgəsindən könüllü gedən ermənilərin geriqayıdışı məsələsinin gündəmə gətirilməsini sülh üçün zərərli hesab edir.

Teleqraf xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən forumda bildirib.

“Artıq söyləmişəm ki, geriqayıdış məsələsini sülh üçün zərərli hesab edirəm. Həmçinin bildirmişəm ki, onların qayıdışı məsələsi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - Nikol Paşinyan qeyd edib.