Artıq bir neçə gündür Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına katolikos II Qaregini müvəqqəti əvəzləyəcək şəxsin tapılması məsələsini (vikar) daha fəal iştirak etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Paşinyanın bildirib ki, kilsə və ruhanilər arasında real islahatlara ehtiyac var ki, gələcəkdə bu istiqamətdə keçmiş prezidentləri dəstəkləyən qanadlar zərərsizləşdirilsin. Hökumətdəki mənbəmizin məlumatına görə, Nikol Paşinyan katolikosun Robert Köçəryan 1 mart - Konstitusiya quruluşunun devrilməsi işi çərçivəsində həbs edildikdə onu müdafiə edən açıqlamasını bağışlamır.
Həmçinin Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın siyasi hərəkat yaratması və ona rəhbərlik etməsinə icazə verdiyinə görə katolikosu bağışlamayacaq. Yaxın gələcəkdə kilsə və ruhanilərə qarşı daha da güclü repressiyalar olacaq”, - nəşr yazıb.