
Paşinyan rəqiblərini debata çəkir -RƏY
Yusif Nəzərli
03:03 26.09.2025
Cənubi Qafqaz
386
Rusiya Ermənistanda bütün müxalifəti birləşdirməyə çalışa bilər
Tural İrfan: "Avropa İttifaqı və ABŞ-nin buna imkan verməyəcəyi şübhəsizdir"
Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın ofisi Baş nazir Nikol Paşinyanın üç keçmiş dövlət başçısını debata dəvət etmək təklifinə münasibət bildirib. Sarkisyanın ofisi Paşinyana məşhurların aforizmi ilə cavab verib: "Günün ipucu axmaqların və ya əlverişli vaxtda özünü axmaq kimi göstərənlərin psixologiyası ilə bağlıdır".
Xatırladaq ki, Nikol Paşinyan sosial şəbəkədə eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanı müharibəyə sürükləməkdə ittiham edərək, onları debata çağırıb: "...debatlara gələcəksiniz, ya yox? İstəsəniz, Ktriçi, Samonu, Gevorku və Vazgeni də gətirin. Debatları mənim keçmiş kameramda – "Yerevan–Mərkəz" istintaq təcridxanasında təşkil edə bilərik, sizin üçün rahat olsun deyə". Ötən gün sabiq Prezident Levon Ter-Petrosyan da Paşinyanı ittiham etmişdi. Petrosyan Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini demişdi. Onun sözlərinə görə, Paşinyan Ermənistanın müstəqilliyinə nifrət edir, çünki onu o yox, başqaları gətirib.
Seçki öncəsi gərginləşən mübarizəni Sherg.az-a təhlil edən siyasi şərhçi Tural İrfan deyib ki, Ermənistanda müxalifəti və revanşist qüvvələri Rusiya daha çox himayə edir və indiki hakimiyyətə qarşı təhrik edir. Ekspert vurğulayıb ki, Rusiyanın məqsədi ya Paşinyan hakimiyyətinə öz maraqlarını diqtə etmək, ya da revanşistləri hakimiyyətə gətirməkdir:

"Ən yaxşı halda Paşinyanı çıxılmaz duruma salıb öz maraqlarını diqtə etməyə çalışır. Doğrudur, hazırda Paşinyanın reytinqi əvvəlkinə nisbətən aşağıdır. Ancaq xarici dəstək əvvəlkindən daha yüksəkdir. Azərbaycanla sülhə getməkdə, Qərblə yaxınlaşmaqda ona qarşı münasibət indi fərqlidir. Revanşistlərin bazası Paşinyanı devirəcək həddə deyil. Kilsə artıq neytrallaşmaq üzrədir. Müəyyən keşişlər həbs edilib, digərləri də nəzarətə alınıb. Keçmiş prezidentlərin iddiaları əsassızdır. Əksinə, Ermənistanın müstəqilliyinə Rusiyayönümlü hakimiyyətlər maneə yaradıb. Sarkisyan, Koçaryan, o cümlədən Ter-Petrosyan həmişə kənar təsirlər nəticəsində qərarlar qəbul ediblər, işğala yol veriblər. Qonşu dövlətlərə qarşı iddialarla çıxış etmək, daima müharibə şəraitində yaşamaq sabiq prezidentlərin arzusu olub".
Analitik hesab edir ki, Rusiya Ermənistanda bütün müxalifəti birləşdirməyə çalışa bilər:
"Amma müxalifət birləşsə belə, hakimiyyəti dəyişmə imkanına sahib deyillər. Avropa İttifaqı və ABŞ-nin buna imkan verməyəcəyi şübhəsizdir. Çünki İrəvanda çevriliş baş verərsə, Qərbin indiki hakimiyyət vasitəsilə regiondakı maraq və planlarının reallaşması sual altına düşə bilər. Baş nazir Paşinyanın rəqiblərini neytrallaşdırması gözlənilir. 2026-cı seçkilərinə qədər Paşinyanın opponentlərini dəf edəcəyi şübhəsizdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya