Dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) İdarə Heyətinin iclası keçirilib. Baş nazir Nikol Paşinyan iclasda qarşıdan gələn parlament seçkilərində baş nazirliyə namizədliyini əsaslandırmaq üçün geniş çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Baş nazir bildirib ki, hələ 2018-ci ildən əvvəl başladığı bir mübarizə var və bu mübarizəni hələ başa çatdırmayıb. Bu mübarizəni sona çatdırmaq və qarşısına qoyduğu məqsədə çatmaq üçün isə taleyinin özündən asılı olmadığını deyib. Əgər komanda onun namizədliyini rədd etmək qərarı versə, o, mübarizəni davam etdirə bilməyəcək və kənara çəkiləcək.
Paşinyan partiya üzvlərinə “mənim taleyim sizdən asılıdır” mesajını verib. Ehtimal ki, İdarə Heyətinin səsvermədə onun namizədliyini dəstəkləyə bilməyəcəyindən də şübhələnib. Paşinyan çıxışını bitirdikdən sonra otaqdan çıxıb və İdarə Heyəti bir nəfər belə əleyhinə səs vermədən, yekdilliklə onun lehinə səs verib”, - nəş yazıb.