Paşinyan yollar və sərhədlərin açılmasından danışdı

“Ermənistanın blokadadan çıxması iqtisadi inkişafımıza təkan verəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

“İnanıram ki, siyasi və regional proseslər, o cümlədən blokadanın (Azərbaycan və Türkiyə ilə sərhədlər və yolların açılmasını nəzərdə tutur – red.) gözlənilən ləğvi də sənayeyə yeni keyfiyyət və yeni ölçü gətirəcək”, - baş nazir bildirib.