
Paşinyandan ardıcıl sülh siqnalları: Cənubi Qafqazda yeni mərhələ başlayır?
Yusif Nəzərli
15:00 23.03.2025
Cənubi Qafqaz
528
"İndi eskalasiya üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb".
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində sərhəddəki gərginliklə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, əsl xəbər budur ki, sülh sazişinin mətni razılaşdırılıb və imzalanmasını gözləyir”.
Paşinyanın açıqlamasını şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında Ermənistan tərəfinin son günlər Azərbaycanla şərti sərhəddə atəşkəsi mütəmadi pozduqlarını xatırladıb:

"Nikol Paşinyan özü də etiraf etdi ki, ölkənin müdafiə nazirinə atəşkəsi pozmamağı tapşırıb. Azərbaycanın adekvat və prinsipial mövqeyini görən Paşinyanın regional şərtlərin də Ermənistanın əleyhinə olduğunun fərqindədir. Bu səbəbdən praqmatik və sülhyönümlü açıqlamalar verir. 24 saat ərzində 3 dəfə açıqlama verən Paşinyan az qala İlham Əliyevə yalvarırdı ki, sülh mətninə imza atmağa hazıram. Artıq Ermənistan Baş naziri Minsk qrupunun buraxılması barədə danışıqlara başlamağa hazır olduğunu vurğulayıb. Azərbaycanın şərtlərini bir-bir yerinə yetirir. Gələn il Konustitusiyanın dəyişməsinə gedəcəyini qeyd etdi".
Ermənistan Baş nazirinin sülh müqaviləsinin bağlanmasına tələsdiyini vurğulayan siyasi ekspert bildirib ki, Azərbaycan isə heç yerə tələsmir:
"Paşinyan əvvəla Ermənistan Konstitutsiyasıda dəyişiklik etməlidir. Eyni zamanda Ermənistan Zəngəzur dəhlizinin açılmasını rəsmən elan etməlidir. Ermənistanın baş naziri beynəlxalq və regional geosiyasi gərginlik fonunda Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Rusiyanın təzyiqləri artdıqca sülh müqaviləsinə imza atmağı səbrsizliklə gözləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm