
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
11:26 23.07.2025
Cənubi Qafqaz
514
Ola bilsin Ermənistan qarşısına müəyyən şərtlər qoyulsun və xüsusən Zəngəzur dəhlizi ilə bağlı təsirlər edilsin
Apostol kilsəsisinin rəhbərini dəyişmək ərəfəsində bu konfransın təşkil olunması Rusiyanın öz agentlərini xilas etmək cəhdidir
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfərə gedəcək.
Bu barədə Ermənistan hökumətindəki mənbə “İnterfaks”a bildirib.
İyulun 24-25-də N.Paşinyanın Altayda ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunacaq konfransda iştirakı gözlənilir.
Ermənistanın Baş nazirinin iyulun 18-dən 23-dək məzuniyyətdə olduğu da bildirilir.
Politoloq Tural İrfan Sherg.az-a söyləyib ki, Altayda ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunmuş konfransda Ermənistan baş nazirinin iştirakı sadəcə dəstədən geri qalmamaq xarakteri daşıyır:

"Tədbirdə müxtəlif ölkələrin nümayəndələri təbiətin qorunması, iqlim dəyişikliyi və ekoloji siyasətlərin koordinasiyası mövzusunda çıxışlar gözlənilir. Bu tədbirin özü ümumiyyətlə sözü gedən dövlət başçılarını bir yerə toplamaq, müəyyən görüntü yaratmaq üçün bəhanədir. Paşinyanın bu səfərinin Moskva-İrəvan münasibətlərindəki son gərginlik fonunda baş tuttuğu və siyasi məzmununlu olacağı da istisna edilmir. Yəni adı ekologiya məsələləri olsa da, mövcud siyasi durumla bağlı müxtəlif müzakirələrin, danışıqların aparılması da gözləniləndir. Konfransda, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı da Rusiyanın müəyyən mənada bu ölkələrlə hələ də yaxın münasibətlərinin, təsirinin olduğunu nümayiş etdirmək cəhdidir. Ermənistan Rusiya ilə əlaqələrdə tam gərginlik həddinə gəlmək istəmir. Rusiya isə erməni apostol kilsəsi vasitəsilə Ermənistanda istəyinə nail ola bilmədiyini görüb danışıqlara əl atır. Ola bilsin Ermənistan qarşısına müəyyən şərtlər qoyulsun və xüsusən Zəngəzur dəhlizi ilə bağlı təsirlər edilsin. Ancaq artıq bölgədə Rusiyanın təsiri zəifləyir və güc balansı Türkiyənin xeyrinə dəyişir. Türk dövlətləri də artıq Türkiyəyə daha çox meyllidir".
Analitikin fikrincə, Ermənistanın Rusiya ilə münasibətləri Qərblə münasibətlərinə nisbətdə sönük və əhəmiyyətini itirmiş formada davam edəcək:
"Çünki Rusiyanın Ermənistanın vasitəsilə həyata keçirmək istədiyi planların hamısı regionun inkişafına zərər verirdi və təhlükə yaradırdı. Ermənistan yeni -yeni Rusiyanın təsirindən çıxmağa can atır ki, pozulmuş münasibətləri bərpa olunsun. Həmçinin Türkiyə və Azərbaycan ilə sülh və sabitlik şəraitində inkişaf etsin. Rusiyanın isə öz maraqları var. Habelə Qərbin, Avropanın Ermənistan qarşısında tələbləri mövcuddur. Rusiya ilə yenidən oyuna gəlib indiyəcən qurulmuş münasibətlərin pozulmasına şərait yaratmaq Ermənistan üçün fəlakət olardı. Əsasən kilsə ilə bağlı problemlərin həlli gözlənilir. Rusiya ola bilsin öz maraqlarını diktə etmək fikrindədir. Paşinyanın artıq Apostol kilsəsisinin rəhbərini dəyişmək ərəfəsində bu konfransın təşkil olunması Rusiyanın öz agentlərini xilas etmək cəhdidir. Çünki keşişlər həbs edildikcə çox şey danışa bilərlər. Beləcə Rusiyanın din pərdəsi altında Ermənistanda nə etmək istədiyi ifşa olunar. Mümkündür ki, Paşinyanla bu mövzuda danışıqlar aparılsın və çox da dərinə getməmək tövsiyyə edilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya