
Paşinyanın Tramp dəhlizi ilə bağlı söylədikləri də bu məqama hesablanıb -Politoloq
10:52 17.09.2025
Cənubi Qafqaz
413
Paşinyan Qərbə deyir ki, imzalanmış anlaşmanı icra etməyə razıyam
Son dövrlərdə regionda sülh və sabitlik məsələləri gündəmin əsas mövzularından birinə çevrilib. Ermənistandakı siyasi proseslər və bağlanmış müqavilələr, həmçinin bu müqavilələrin icrası ilə bağlı fikirlər geniş müzakirə olunur. Xüsusilə, Ermənistanın Baş Naziri Nikol Paşinyanın bu mövzudakı mövqeyi və verdiyi açıqlamalar, həm daxildə, həm də beynəlxalq aləmdə diqqət çəkir. Paşinyan özünün X sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərək, Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. O bu tarixi sazişin bağlanmasında vasitəçiliyə görə Donald Trampa təşəkkürünü bildirib və Zəngəzur dəhlizinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Politoloq Samir Hümbətov Sherg.az-a 8 avqust müqaviləsindən sonra Paşinyana qarşı artan təziqlərdən danışıb:

"Bu müqavilənin bağlanması Paşinyanın ürəyincə olan mühüm bir məsələsidir. Çünki burada çox ciddi mövzular yer alır. Paşinyan bildirir ki, bu vaxta qədər buna heç kim nail olmayıb. O demək istəyir ki, Ermənistanın əvvəlki rəhbərləri ya buna cəhd etməyiblər, ya da etmək istəməyiblər, bacarmayıblar. Hər halda proses nəticəsiz qalıb. Buna görə də bu, regiona sülh gətirmək baxımından önəmli bir addımdır. Paşinyan Ermənistanın anlaşmadan məmnunluğunu ifadə etmək istəyir. Əslində o, Azərbaycanla işləməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Azərbaycan da bildirir ki, 8 avqust anlaşmasının icrası vacibdir və biz buna sadiqik".
Politoloq Paşinyanın Qərbə mesaj ötürdüyünü bildirib:
"Paşinyan Qərbə deyir ki, imzalanmış anlaşmanı icra etməyə razıyam. Amma Rusiyadan, İrandan və bu məsələdə fərqli mövqedə olan digər güc mərkəzlərindən narazılıq və təzyiq ola bilər. Belə halda, vəziyyəti düzəltmək üçün Qərbin ona köməyi lazım olacaq. Bu, həm də referendum və seçkilərdə özünə beynəlxalq dəstəyi artırmaq məqsədini daşıyır. Bir növ müxalifətə və cəmiyyətə mesaj verir ki, baxın, artıq böyük güclər də bizimlə eyni dalğadadır və eyni mövqedən hərəkət edir. Ona görə də narahat olmayın, biz bu məsələdə doğru addım atmışıq.
Paşinyanı Qarabağ məsələsini bu hala gətirdiyi üçün cəzalandırmaq istəyirlər. Xüsusilə də keçmiş Qarabağ klanının nümayəndələri anlaşmanı tanımayacaqlarını bildirirlər. Buna görə də məsələ çox önəmlidir. Paşinyanın verdiyi açıqlama, xüsusilə Tramp dəhlizi ilə bağlı söylədikləri də bu məqama hesablanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm