
Politoloq: Ermənistan müttəfiqsiz qaldı, Paşinyan Ankaradan dəstək axtarır
Yusif Nəzərli
23:41 23.06.2025
Cənubi Qafqaz
517
Əlimusa İbrahimov: “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri İrəvandan Ankaraya ilk rəsmi səfər sayılır. Paşinyan rəsmi görüşlərdən öncə bu səfərin iki ölkə arasında münasibətlərə yeni təkan verəcəyini bildirib. Türkiyə ilə münasibətlərə sıfırdan başladığını söyləyib. Türkiyə 1993-cü ildə Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələri kəsmişdi. Sadəcə, 2009-cu ildə sabiq Prezident Serj Sarkisyan "futbol diplomatiyası" çərçivəsində Bursaya getmiş, ovaxtkı Prezident Abdulla Güllə birlikdə oyunu izləmişdilər. Ondan əvvəl, 2008-ci ildə isə Abdullah Gül İrəvana, Türkiyə və Ermənistan komandaları arasında oyuna tamaşa etmişdi. Ancaq zaman, məkan və şərait baxımından indiki təmaslar tamamilə fərqli sayılır. Ekspertlərin fikrincə, Nikol Paşinyanın Türkiyəyə səfəri qonşulara qarşı əsassız iddialarından, utopik xəyallardan əl çəkməyin vacib olduğunu başa düşmüş bir hökumət başçısının türk dövlətinə ziyarəti də sayıla bilər. Təbii ki, Ermənistan tərəfi bu qənaəti təsdiqləyəcək əməli addımlar da atmalıdır. İstənilən halda görünür ki, Ermənistan kimi qeyri-müəyyən vəziyyətdə qalan bir dövlət Türkiyəyə üstünlük verməklə mövqeyini qətiləşdirməyə başlayıb.
Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərində daxili məsələlər faktoru danılmazdır. Ekspertin sözlərinə görə, Paşinyan bu səfərlə həm də daxildə olan gərginlikləri müəyyən qədər azaltmaq məqsədi güdür:

"Baş nazir Türkiyə ilə yaxınlaşmaq və bunun fonunda Rusiyanın qarşısında davam gətirmək niyyətindədir. Ancaq əsas xarici faktorlardır və mən diqqəti ona yönəltmək istəyirəm. Əgər ABŞ, Avropa İttifaqı, yaxud Ermənistanın arxasında dayanan Hindistan və digər ölkələr əvvəlki kimi fəal olsaydılar, İrəvana lazımi səviyyədə dəstək versəydilər, yəqin ki, Paşinyanın Türkiyəyə səfərinə ehtiyac qalmazdı. Ermənistanın müttəfiqləri İrəvana təhlükəsizlik təminatını verməklə, onu Rusiyadan qoruya bilərdilər. İndiki məqamda Paşinyanın Türkiyəyə səfərini "suda boğulanın saman çöpündən yapışması" kimi görmək olar. Çünki Ermənistana göstərilən dəstək, maliyyə yardımı demək olar ki, sıfıra enib. Baxmayaraq ki, Ermənistan Gorusda Fransanın fəxri konsulluğunu açdı, amma bu jestin müqabilində heç nə görmədi. Nə Fransandan, nə də Avropa İttifaqının digər ölkələrindən Ermənistana yetərli siyasi-iqtisadi dəstək verilir. Bu o deməkdir ki, həm ABŞ, həm də Avropa İttifaqı daha ciddi məsələlərlə məşğuldurlar. Ermənistan həmin güclərin xarici siyasətində çox kiçik bir məsələdir. Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada vəziyyət yaxşı deyil. ABŞ prezidenti də savaşı bitirməklə bağlı vədlərini yerinə yetirə bilmir. Eyni zamanda ABŞ ilə Avropa İttifaqı arasında da müəyyən narazılıqlar var. Bu da bilavasitə Ermənistana müəyyən dərəcədə təsir göstərir".
Siyasi şərhçinin fikrincə, Paşinyanı narahat edən digər məsələ də Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ilə bağlıdır:
"Paşinyanın taleyi həmin seçkilərdə həll olunacaq. Ona görə Paşinyan Türkiyə və Azərbaycan kartından da istifadə etməyə çalışır. Çünki Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, o cümlədən sülh sazişinin imzalanması Paşinyanın imicinə müsbət təsir göstərə bilərdi. Nəzərə alaq ki, belə səfər heç zaman birdən-birə reallaşmır. Paşinyan Türkiyədən nəsə almasaydı, alacağına inanmasaydı, Ankaraya yollanmazdı. Paşinyanın nəticəsiz bir səfərə gedəcəyini düşünmürəm. Türkiyə də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Paşinyanın alternativi sayılan "Qarabağ klanı"nın Azərbaycana və Türkiyəyə münasibəti bəllidir. Bununla yanaşı, Paşinyan özü də Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atır, buna cəhdlər edir. Bunlar yetərli səviyyədə olmasa da, Paşinyan Türkiyə ilə yaxınlaşmaq barədə düşünür. Əlbəttə, baş nazir bu addımlarının nəticəsini də görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya