
Politoloq: Paşinyanın əsas qorxusu ABŞ ilə imzalanan xartiyaya minimum təsir etməsidir
09:31 27.01.2025
Cənubi Qafqaz
522
Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri yeni administrasiya ilə müəyyən təmaslar yaratmaq, əhval-ruhiyyəni və münasibətlərin perspektivini öyrənmək məqsədi daşıyır.
Bu sözləri rusiyalı politoloq Konstantin Simonov Nikol Paşinyanın fevralda ABŞ-a səfər planının səbəbləri haqda danışarkən deyib.
O bildirib ki, Ermənistanın ciddi narahatlığı var və bunu Bayden administrasiyasının son günlərində sənədin (strateji tərəfdaşlıq haqda xartiya – red.) imzalanması da göstərdi:
“Əgər erməni tərəfi yeni rejimin Ermənistanla münasibətlərdə maraqlı olduğuna əmin olsaydı, o zaman sənəd yeni administrasiya ilə imzalanardı. Hazırda çoxlu qeyri-müəyyənlik var və yeni Dövlət Departamentinin Blinken qədər Cənubi Qafqazla maraqlanmayacağı ehtimal edilir.
Ancaq burada demək vacibdir: siyasətin effektivliyi nəticələrlə qiymətləndirilir. Blinkenin Dövlət Departamenti Cənubi Qafqazda hansı nəticələrə nail olub və Ermənistan həmin siyasətdən nə əldə edib: sülh bağlanmayıb, geosiyasi rəqabət güclənib, Rusiya və Azərbaycanla münasibətlərdə fikir ayrılıqları qalır, İranla da müəyyən anlaşılmazlıq var”.
Simonovun sözlərinə görə, ümumiyyətlə, Ermənistan hakimiyyəti bilmir ki, hansı istiqamətdə hərəkət etsin:
“Paşinyan hakimiyyəti əmin deyil ki, qərbyönlü siyasət Qərbə inteqrasiyaya aparacaq. Siz Zelenskinin son bəyanatlarını və NATO-ya üzvlüklə bağlı ümidsizliyini izləyə bilərsiniz. Qərb uzun müddət söz verdi, Ukraynanı Rusiyaya qarşı təhrik etdi və hazırda Ukraynaya heç bir aydın perspektiv təqdim etmir. Bu, Qərb siyasətinin ən yaxşı nümunəsidir”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, ABŞ-Ermənistan münasibətləri Trampın yeni hakimiyyəti dövründə dəyişikliyə məruz qalacaq:

"İki ölkə arasındakı əlaqələr irəliləyən zamanda müəyyən dərəcədə təftiş olunması qaçılmazdır. Ümumiyyətlə Tramp administrasiyası bütün ölkələrlə, o cümlədən Cənubi Qafqazda yerləşən dövlətlərlə yeni münasibətlər qurmaq niyyətində olacaq. Bu da nəticə etibarilə Ermənistanla bağlantı və tərəfdaşlığın inspeksiyasına səbəb verəcək. Digər tərəfdən məsələlərin inkişaf və prosesin zamanla bəlli olacağı gözlənilir. Bütün hallarda Paşinyanın əsas qorxusu da əlaqələrin nəzərdən keçiriləcəyi halda ABŞ ilə imzalanan xartiyaya minimum təsir edəcəyidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm