Politoloq: “Paşinyanın hakimiyyətdə qalması erməni cəmiyyəti üçün vacibdir”
08:19 28.07.2025
Cənubi Qafqaz
407
“Ermənistan müxalifəti çarəsizdir, içi nifrət doludur”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bəzi müxalif dairələrin əsas bəyanatı odur ki, Ermənistanda gərginlik, apatiya, nifrət var. Vardavar kütləvi şənliklərinin səhnələrinə baxıram və özümə sual verirəm: hanı gərginlik, apatiya, nifrət?
Psevdoelit qrupun apatiyası, gərginliyi, nifrət və çarəsizliyi xalqa aid olunmamalıdır. 2021-ci ildə xalq gələcəyin olduğuna inanırdı, bu gün anlayır ki, gələcək gəlib, gələcək bu gündür”, - baş nazir qeyd edib.
Qeyd edək ki, Vardavar Ermənistanda insanların bir-birini su ilə islatdıqları festivaldır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca təzyiqlər yüksəlir:
"Belə ki, Nikol Paşinyana rəqib olan qüvvələr həm daxili, həm də xarici alətləri işə salaraq onu zəiflətməyə çalışırlar. Bu istiqamətdə isə, şübhəsiz ki, ən möhkəm divar cəmiyyətdir. Cəmiyyətdə Paşinyana qarşı hər hansı bir fikir formalaşdırılması müxalifətin işinə yarayan üsul və metoddur. Bu baxımdan, Vardavar kütləvi şənliklərindəki səhnələri şərh edən Paşinyan cəmiyyətdə heç bir gərginliyin olmamasını bildirir. Həmçinin Ermənistan Baş naziri əslində bununla göstərir ki, cəmiyyət onun arxasındadır. Bu məqamda Paşinyanın ilk ümid etdiyi qüvvə məhz cəmiyyətdir, kütlədir – onların səs çoxluğunu qazanmaq istəyir. Paşinyanın hakimiyyətdə qalması erməni cəmiyyəti üçün vacib məsələdir. Çünki Paşinyan bir kurs götürüb yola çıxıb və bu yolun sona çatdırılması, kursun reallaşdırılması zəruridir".
Analitik əlavə edib ki, Paşinyan artıq əsas oyunçularla müəyyən məsələləri xarici siyasət sahəsində yola qoyduğunu nümayiş etdirir:
"Bu baxımdan onun hakimiyyətdə qalması erməni cəmiyyətinin seçimidir. Paşinyanın da dediyi kimi, bu, cəmiyyətin yalançı miflərdən, uydurma ideologiyalardan təmizlənməsinə xidmət edəcək. Müxalifət isə, həm Rusiyadan, həm də Qərbdən, o cümlədən erməni diasporundan dəstək alır. Odur ki, bu dəstəyə ümid edərək Paşinyan əleyhinə müəyyən kampaniyalar formalaşdırır, ətraflarında dəstək qrupları yığmağa çalışırlar. Digər bir amil isə budur ki, Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşə ümid edirdi. Amma bu görüşdən əli boş qayıtdı. Nikol hər nə qədər Qərbyönümlü siyasət yürütsə də, hər nə qədər istiqaməti bəlli olsa da, onun üçün ilk məqam öz siyasi hakimiyyətini qoruyub saxlamaqdır. Buna görə tam gərginliyə getmir. Bütövlükdə isə Paşinyanın qarşısında duran əsas məsələ hakimiyyətini qorumaqdır. Onun bu istiqamətdə ən böyük dayağı xalqdır. Paşinyan da məhz bunu göstərməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm