
Politoloq: Prosesin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə...
Yusif Nəzərli
10:39 31.01.2025
Cənubi Qafqaz
849
“Mən gürcü həmkarıma Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ətrafındakı son hadisələr barədə məlumatlandırdım”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib. Paşinyan sözügedən prosesin növbəti mərhələsinin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılması barədə razılıq əldə olunduğunu Kobaxidzenin diqqətinə çatdırdığını qeyd edib.
Politoloq Elşad Həsənov “Sherg.az”a bildirib ki, Gürcüstanın hökümət başçısı İrakli Kobaxidze Baş nazir seçildikdən sonra ilk səfərini Azərbaycana, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinə etdi:

“Üçüncü xarici səfərində isə Ermənistana getdi. Kobaxidze Ermənistanda bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərini qaydaya salmaq üçün Gürcüstan vasitəçi ola bilər. Yəni İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülhdə maraqlı olduğunu və bunun üçün əllərindən gələni edəcəklərini söylədi. Nikol Paşinyan müxtəlif zamanlarda mötəbər məclislərdə Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparıldığını vurğulayır. Ötən il Qazaxın işğal altında olan 4 kəndini Nikol Paşinyan boşaltdırdı və həmin kəndlər Azərbaycana qaytarıldı. Hazırda isə Qazaxın digər 3 kəndi işğal altındadır. Paşinyanın növbəti prosesin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılmasını bildirməsi doğru fikirdir. Qazaxın 3 kəndinin demarkasiya prosesinə artıq başlanılıb. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət göstərən işdir. Çünki uzun illər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb. Ermənistan “sülh kəşisməsi” layihəsini hər yerdə əllərində bayraq edirlər. Onlar bildirirlər ki, bu layihənin həyata keçməsi qonşu ölkələr və Ermənistan üçün böyük əhəmiyyət kəsb edəcək. Lakin Azərbaycan Prezidenti İlham Əliyev söyləyib ki, əgər Azərbaycanın iştirakı olmasa, həmin layihənin heç bir önəmi yoxdur. İki ölkə arasında sülhün əldə olunması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ləğv olunmalıdır. Amma Ermənistan bunu 2027-ci ildən tez edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi