
Politoloq: Sergey Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır
Yusif Nəzərli
03:02 25.02.2025
Cənubi Qafqaz
601
Revanşist dairələr Paşinyanın hakimiyyətdən getməsində maraqlıdırlar və Rusiyanın dəstəyini gözləyirlər
Putin Ukraynada istədiklərini ala bilsə, Ermənistanda hakimiyyət dəyişikliyinə sürətlə gedə bilər
Ermənistanda revanşist dairələr yenidən aktivləşib. Ölkənin ikinci Prezidenti Robert Köçəryanın tələsik mətbuat konfransı keçirməsi və əsas istiqamətin Rusiya tərəfi olmasını vurğulaması da bunun təzahürüdür. Görünür, Köçəryan və tərəfdarları həm də Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə qayıtmaq həyəcanına qapılıblar. Ermənistandakı revanşist qüvvələr Qərbin mövqelərinin zəifləyəcəyinə, Rusiyanın Cənubi Qafqazda təşəbbüsü təkrar ələ alacağına ümid bəsləyirlər. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda hökumət binasından çıxarkən görüntülənib. Görüş haqda heç bir məlumat verilməyib. Erməni mətbuatı yazıb ki, Nikol Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır, lakin ona iki şərt qoyulub. Bu şərtlərdən biri KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması, digəri isə dəmir yolu üzərində nəzarətlə bağlı Rusiya ilə qarşılıqlı məqbul variantların müzakirəsinə başlanmasıdır.
Politoloq Oqtay Qasımov deyib ki, əslində, Rusiyanın Cənubi Qafqaza diqqəti kəsilməmişdi, sadəcə olaraq Ukrayna savaşından dolayı bir qədər azalmışdı. Ekspert vurğulayıb ki, Ermənistan rəhbərliyi də Ukrayna müharibəsinin gedişatından asılı olaraq öz siyasətini müəyyən edirdi:

"Ermənistan Qərblə ciddi yaxınlaşma mərhələsindən keçirdi. O cümlədən bölgəyə Avropa İttifaqının "mülki" adlandırılan missiyası yerləşdirildi. ABŞ və Fransa ilə hərbi təlimlər keçirildi. Ötən ilin aprelin 5-də Brüsseldə üçtərəfli görüş zamanı Ermənistanı faktiki olaraq vəziyyətdən çıxarmaq məqsədilə "Marşal planı" da həyata keçirilir. Həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi qarantiyaların verildiyi bir görüş oldu. Bundan da bir az ruhlanan Ermənistan rəhbərliyi Avropa İttifaqına üzvlüklə bağlı məsələni də gündəmə gətirdi. Paşinyana yaxın qüvvələr imzatoplama kampaniyası həyata keçirdilər, 50 min imza toplandı. Yanvarın ortalarına doğru bu imzalar parlamentə təqdim olundu. Maraqlıdır ki, Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq memorandumunu imzalanması ərəfəsində bu məlumatlar yayıldı. Çox güman ki, ciddi dəyişiklik olmazsa, Paşinyanın komandası bu qərarı qəbul edə bilər. Amma son bir ayda dünya düzənində müəyyən dəyişikliklər yaşanır. 80 il eyni dam altında birləşən müttəfiqlər bu gün fərqli mövqelər sərgiləyirlər. Söhbət ABŞ və Avropa İttifaqından gedir. Faktiki olaraq yüz milyardlarla dollar dəyərində Ukraynaya dəstək verən Avropa İttifaqı Ukrayna müzakirələrinə masadan kənarlaşdırılıb. Rusiyanın müəyyən istəklərinin qəbul olunacağı ilə bağlı anonslar Moskvanı ürəkləndirir və onun işğalçı iddialarını genişləndirir".
Analitik vurğulayıb ki, Ermənistan son üç-dörd ildə Rusiyadan məqsədyönlü şəkildə uzaqlaşmaqla Moskvanın strateji maraqlarına zidd gedişlər etdi:
"Maraqlıdır ki, bu dönəmdə tərəflər arasında iqtisadi münasibətlər ciddi şəkildə artdı. Ticarət dövriyyəsi 5 dəfəyə yaxın artdı. Rusiya İrəvanın Aİ-yə üzvlük məsələsini gündəmə gətirməsindən sonra Ermənistana daha açıq xəbərdarlıqlar etməyə başladı. Bunun ardınca Ermənistanda Rusiyayönümlü qüvvələrin aktivləşməsi və Rusiyanın təbliğatının aparılmasını gördük. Sergey Kopırkinin İrəvandakı təmasları da Ermənistana yumşaq güc göstəricisi, xəbərdarlıqdır. Revanşist dairələr Paşinyanın hakimiyyətdən getməsində maraqlıdırlar və Rusiyanın dəstəyini gözləyirlər. Putin Ukraynada istədiklərini ala bilsə, Ermənistanda hakimiyyət dəyişikliyinə sürətlə gedə bilər. Əgər proses uzanarsa, o zaman Rusiya 2026-cı il seçkilərində təzyiq fonunda öz tərəfdarlarını önə sürərək "yumşaq keçid" yolu ilə dəyişikliyə gedə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya