Politoloq: Sülh sazişinin Tbilisidə imzalanması daha məqsədəuyğundur
Yusif Nəzərli
13:26 30.01.2025
Cənubi Qafqaz
617
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh prosesinin vasitəçisi olmağa hazırdır.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Gürcüstan həqiqətən də bizim regionumuzda sülh və sabitliyi təşviq etmək istəyir. Bu istiqamətdə biz bir daha qonşularımız arasında gedən sülh prosesinin vasitəsiçi olmağa hazır olduğumuzu bildiririk”, - Boçorişvili deyib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, hazırda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində vasitəçiyə ehtiyac yoxdur:
"Rəsmi Bakının ümumiyyətlə bu məsələ ilə bağlı siyasi kursu ondan ibarətdir ki, iki ölkə arasında danışıqlar ikitərəfli və birbaşa təmaslar formatında davam etməlidir. Həmçinin vasitəçilərin müdaxiləsinə ehtiyac görmür. Azərbaycanın bu mövqeyi Rusiya, ABŞ və Qərbə yönəlikdir. Çünki onlar Cənubi Qafqazda sülh məsələsində təşkilatçılığa yiyələndikdə birmənalı şəkildə öz geopolitik maraqlarını həyata keçirməyə çalışırlar. Eyni zamanda sülhün təmin olunmasından daha çox situasiyanı daha da qəlizləşdirmək, münaqişə yaratmaq üçün çıxış edirlər. Əslində bu yanaşma tərzinin rəsmi Tbilisiyə aidiyyəti yoxdur. Gürcüstan Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyi yerinə yetirərsə, öz istəklərini hər iki tərəfə diqtə edəcək dövlət deyil. Lakin bu ölkənin sülh prosesinə buraxılması həm Rusiyanı, həm də ABŞ və Qərbi məsələyə müdaxilə etmək üçün cəhdlər etməyə həvəsləndirə bilər".
Politoloq əlavə edib ki, Gürcüstanın təklifinin qəbul olunacağı qətiyyən inandırıcı görünmür:
"Bütün bunlarla yanaşı, gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hansısa regiondan kənar dövlətin deyil, Gürcüstanın paytaxtı olan Tbilisidə imzalanması daha məqsədəuyğun olardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi