
Qərbə mesaj: Gürcüstan məcburən Çinlə əməkdaşlığı gücləndirməyə çalışır
13:12 03.11.2025
Cənubi Qafqaz
371
Tbilisi də Pekin üçün xüsusilə nəqliyyat və logistika xətləri baxımından əlverişli tərəfdaş sayılır
Turab Rzayev: Aİ, Britaniya Gürcüstana təzyiqləri artırsa, Tbilisi Çin və Rusiya ilə daha sıx inteqrasiyaya yönələcəK
Gürcüstan Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Baş naziri Li Qianın dəvəti ilə Şanxaya səfər edəcək.
Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Səfər çərçivəsində İrakli Kobaxidzenin Çin Baş naziri ilə görüşü nəzərdə tutulub.
“Bundan başqa, İrakli Kobaxidze Gürcüstanın bu il fəxri qonaq kimi iştirak etdiyi Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Sərgidə 40-dan çox Gürcüstan şirkəti təmsil olunacaq”, - Gürcüstan hökumətinin açıqlamasında deyilir.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, burada əsasən iqtisadi məsələlərin müzakirəsi nəzərdə tutulur:

"Ən azından Gürcüstan Baş nazirinin səfəri rəsmi olaraq Çində keçirilən sərgi ilə bağlıdır. Bu sərgidə Gürcüstan öz məhsullarını təqdim etməyə və satmağa çalışır. Gürcüstan indiyədək Çin bazarında əsasən şərab və bəzi kənd təsərrüfatı məhsulları ilə tanınıb və həmin məhsulları uğurla ixrac edir. İndi isə bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Həmçinin Gürcüstan, “Bir kəmər, bir yol” təşəbbüsündə əsas oyunçulardan biri olmaqla yanaşı, Çinin regionda artan iqtisadi təsirinə açıqdır. Çin artıq Gürcüstana müəyyən həcmdə sərmayə yatırır və keçmiş postsovet məkanında strateji mövqelərini möhkəmləndirməyə çalışır. Bu baxımdan Tbilisi də Pekin üçün xüsusilə nəqliyyat və logistika xətləri baxımından əlverişli tərəfdaş sayılır.
Eyni zamanda, Gürcüstanın Qara dənizdə dərinsulu Anakliya limanı layihəsi Çin üçün böyük maraq doğurur. Pekin bu limanın inşasında və işlədilməsində iştirak etməyə maraqlıdır. Bu da iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə səbəb olur. Son vaxtlar Gürcüstanın Qərblə münasibətləri isə xeyli gərginləşib. Hökumətin siyasəti həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən tənqid olunur. Bəzi hallarda Avropa İttifaqı Gürcüstana maliyyə yardımlarını da məhdudlaşdırıb".
Analitik əlavə edib ki, Gürcüstan hökuməti məcburi şəkildə Çinlə əməkdaşlığı gücləndirməyə çalışır:
"Bu addım bir tərəfdən Gürcüstan üçün alternativ iqtisadi platforma yaradır, digər tərəfdən isə Qərbə mesaj verir: Əgər Avropa İttifaqı və Böyük Britaniya Gürcüstana təzyiqləri artırsa, Tbilisi Çin və hətta Rusiya ilə daha sıx inteqrasiyaya yönələcək. Hazırkı vəziyyət göstərir ki, Gürcüstan rəhbərliyi artıq bu istiqamətdə konkret addımlar atır və Çinlə əməkdaşlığı dərinləşdirmək niyyətindədir".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol