Qriqoryan Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Tərəflər regional prosesləri müzakirə ediblər, regional kommunikasiyaların açılmasının əhəmiyyətinə toxunublar, sərhədlərin delimitasiyası prosesinin davamlılığının vacibliyini qarşılıqlı olaraq vurğulayıblar.