Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır
Yusif Nəzərli
18:53 27.06.2025
Cənubi Qafqaz
440
"Mən Gürcüstanın birləşməsində və Qafqazın daha böyük birliyində həlledici rol oynamağa qadirəm. Bunu tarixi təcrübəm və nüfuzum sayəsində edə bilərəm".
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onlayn formatda qatıldığı məhkəmə iclasında deyib.
Saakaşvilinin sözlərinə görə, qarşıda Gürcüstanı xilas və böyük dirçəliş dövrü gözləyir.
"Müxtəlif siyasətçilərin qərarlarını gözləmək lazım deyil. Mən təbii ki, böyük, tarixi məsuliyyəti öz üzərimə götürürəm. Mən bilirəm ki, Gürcüstanın birləşməsində və Qafqazın böyük birliyində həlledici rol oynaya bilərəm. Tarixi təcrübəm, nüfuzum sayəsində regionun demək olar ki, bütün liderləri ilə çox yaxın əlaqələr saxlayıram.
Mənim yaxın əlaqələrim olmayanlar, məsələn, Paşinyan bizim həyata keçirdiyimiz islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərimizi təkrarlayır. Mərkəzi Gürcüstan olmaqla vahid Qafqaz yaxın gələcəkdə dünya səhnəsində çox böyük geosiyasi əhəmiyyətə malik oyunçuya çevriləcək. Qızılgül inqilabından sonra Gürcüstan artıq belə bir oyunçu idi. Sonra düşmənlərimizin dəstəyi ilə əks-inqilab oldu və biz o statusdan məhrum olduq, amma biz bunu dostlarımızın, o cümlədən, bildiyiniz kimi, hələ də prezident Zelenskinin yanında İslahat Şurasına rəhbərlik etdiyim ukraynalıların dəstəyi ilə qaytaracağıq. Həm də avropalıların və amerikalıların dəstəyi ilə”, - deyə Mixail Saakaşvili bildirib.
Bundan əlavə, o qeyd edib ki, Gürcüstanda vəziyyət dəyişən kimi Rusiya ilə viza rejimi və həmin ölkə ilə mülkiyyət münasibətləri sərtləşdiriləcək.
"Tariximizdə heç vaxt görmədiyimiz Gürcüstanı yaratmağın vaxtıdır. Biz İnşaatçı David və Kraliça Tamaranın dövründə olanı belə ötəcəyik. Çünki vəziyyət dəyişib, yeni şərait, qloballaşan dünya, burada öz şəxsiyyətimizi qoruyub saxlayacağıq. Biz müstəmləkə bədbəxtliyindən xilas olacağıq. Məsələn, bu gün Batumidə gürcü dilində söz eşidə bilmirsən - hər şey rus dilindədir. Gürcüstanda vəziyyət dəyişən kimi Rusiya ilə viza rejimi sərtləşdiriləcək, əmlak münasibətlərinə yenidən baxılacaq. Biz imkan verməyəcəyik ki, Gürcüstan gürcülərdən boşalsın və onların yerinə çukçilər, moldovanlar, başqırdlar, tatarlar, moskvalılar, peterburqlular məskunlaşsınlar. Ölkəmiz bizə məxsusdur”, - Mixail Saakaşvili vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi