ŞƏT-də Azərbaycana veto qoyulması ilə bağlı Hindistandan açıqlama
12:57 05.09.2025
Cənubi Qafqaz
412
“Azərbaycan və Ermənistana Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyün verilməsi məsələsi təşkilat tərəfindən nəzərdən keçirilir”.
Teleqraf xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Rancir Caysval deyib.
Bundan əvvəl mətbuat Hindistanın Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciətini, Pakistanın isə Ermənistanın müraciətini əngəllədiyini yazıb. Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi İslamabadın hərəkətlərini şərh etməkdən yayınıb və bildirib ki, hazırkı mərhələdə onlar prosesin təfərrüatlarına varmırlar, Ermənistanın üzvlüyünə kifayət qədər konstruktiv yanaşmanı müşahidə edirlər.
“Bu il həm Ermənistan, həm də Azərbaycan ŞƏT-ə üzv olmaq üçün müraciət edib. Vaxt məhdudiyyəti səbəbindən bu məsələ ilə bağlı qərar Çinin Tiencin şəhərində üzv dövlətlər tərəfindən qəbul oluna bilmədi. Lakin hər iki ölkənin üzvlük məsələsi hələ də təşkilat tərəfindən nəzərdən keçirilir”, - o, Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləməsi ilə bağlı mətbuatda yayılan xəbərlərlə bağlı sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, Hindistan ŞƏT-in avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən sammitində Azərbaycanın bu quruma üzvlük müraciətinə veto qoyub. Pakistan da buna cavab olaraq, Ermənistan üçün eyni addımı atıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial