"Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edib. A. Simonyan N. Paşinyanın ən yaxın siyasi adamıdır".
Bunu Sherg.az-a Milli Cəbhə partiyasının sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyi.
Analitik qeyd edib ki, A. Simonyanun hökumətdə mühüm vəzifə tutacağı yaxud prezident olması istisna deyil:

"N. Paşinyanın məsləhəti ilə postundan və mandatından vidalaşan A. Simonyan ötən gün prezident V. Xaçaturyanla da rəsmi şəkildə görüşdü. Bu, A. Simyonun heç də küsüb getməsi deyil. A.Simyon N. Paşinyanın Azərbaycanla siyasətini tam dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsində, Qarabağın məhz Azərbaycana aid olduğu barədə də açıq bəyanatlar verib. Ermənistan siyasi hakimiyyəti Azərbaycanla tam sülh prosesini dəstəkləyir. Bir müddətdən sonra Ermənistanda yeni siyasi mərhələ başlayacaq. Rusiya bağlı revanşist müxalifətin sıradan çıxarılması və konustitusiya referendumu keçiriləcək. A. Simyon bu mərhələdə N. Paşinyanın tam yanında olacaq. Ermənistan yeni bir mərhələyə keçid edəcək".