
Sülh danışıqlarında durğunluq yaranıb: Ermənistan danışır, Azərbaycan gözləyir... - RƏY
Yusif Nəzərli
20:57 14.05.2025
Cənubi Qafqaz
502
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda bildirib. Ermənistan XİN rəhbəri qeyd edib ki, İrəvan Bakı ilə sülh sazişinə imza atmağa və ratifikasiya etməyə hazırdır. Bir neçə gün öncə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir. Nazir Ermənistan-Azərbaycan normallaşma prosesində ciddi addımların olmadığını vurğulayıb: "Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki, yoxdur". Görünən odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətni üzrə tam razılıq əldə olunduqdan sonra prosesdə müəyyən qədər durğunluq müşahidə edilir.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan tərəfi Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər səy göstərmir. Ekspertin qənaətincə, İrəvan hökuməti sülh istiqamətində ciddi addımlar atmır:

"Azərbaycan və Ermənistan tərəfləri rəsmi açıqlamalarda sülh danışıqlarının davam etdiyini, dayanmadığını bildirirlər. Lakin İrəvan və Bakının rəsmi bəyanlarından da göründüyü kimi belə gedişlə sülh müzakirələrində konkret nəticə gözləmək mənasızdır. Ən azından yaxın dönəmdə danışıqlarda ciddi irəliləyişin olacağını iddia etmək inandırıcı deyil. Tərəflərin danışıqları sanki növbəti müstəviyə keçid etməkdədir. Bəllidir ki, hazırda dünyada, regionda başqa məsələlər daha çox aktuallaşıb. Bəlkə də ona görə, tərəflər sülh sazişinin imzalanması çərçivəsində aparılan danışıqların intensivliyini azalda bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya