Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan evində Rusiya səfiri Sergey Kopırkin ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə keçmiş prezidentin sözçüsü Arman Musinyan məlumat verib.
Mətbuat katibi bildirib ki, söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, onların inkişaf və möhkəmləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Levon Ter-Petrosyanla Sergey Kopırkinin sonuncu görüşü sentyabrın 9-da olub. Bundan öncə isə Rusiya səfiri ilə keçmiş prezident fevralda görüşmüşdü.