Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin qalıqlarını hadisə yerində araşdıran qrup Türkiyəyə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təyyarənin qalıqlarının Kayseri şəhərindəki müvafiq müəssisəyə daşınması davam edir.
Noyabrın 11-də Azərbaycandan geri qayıdan Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın dövlət sərhədinin təxminən 5 kilometrliyində qəzaya uğrayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.