Tofiq Zülfüqarov: Paşinyanın vəziyyəti çox mürəkkəbdir
Yusif Nəzərli
05:17 10.10.2025
Cənubi Qafqaz
643
Ermənistan rəhbərliyi bir-biri ilə problem yaşayan güclərin hamısını Ermənistana yığıb
Çıxılmaz vəziyyətdə olan baş nazir siyasi məsuliyyətini dərk etmək, iradə ortaya qoymaq sınağı qarşısındadır
"Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa və onu ratifikasiya etməyə hazır olduğunu bir daha təsdiqləyir". Bu barədə jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. Nazir müavini həmçinin yerli müxalifətin “Ermənistan avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən heç bir fayda əldə etməyib” iddiasına da münasibət bildirib: "Ermənistan sülh və sabit bir region qurmaq imkanı əldə edib və bu proses artıq başlanıb. Biz həmçinin regiondakı bütün kommunikasiya (və ya nəqliyyat) xətlərinin açılması üçün imkan qazanmışıq və bu istiqamətdə amerikalı tərəfdaşlarımızla birgə çalışırıq". Vaan Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi sülh prosesinin müsbət istiqamətdə davam edəcəyinə ümid və inam bəsləyir: "Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra (Ermənistan və Azərbaycan arasında) müşahidə etdiyimiz ümumi dinamikanı müsbət qiymətləndiririk. Ağ Evdə səslənən bəyanatlar da onu göstərir ki, biz sabit və dinc bir dövrə daxil oluruq".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan siyasi-ictimai sferasında əhvali-ruhiyyə müsbətdir. Lakin sabiq XİN başçısı vurğulayıb ki, Nikol Paşinyan Moskva səfərinin ardınca BMT-yə gedərək Azərbaycan əleyhinə tənqidi fikirlər söylədi:
"Baş nazir Zəngəzur dəhlizi məsələsi ilə bağlı narazılığını ifadə etdi. Həmçinin, AŞPA tribunasında da tənqid ritorikasını sürdürdü. Bundan əlavə, son çıxışlarının birində "Konstitusiyamızda Azərbaycana heç bir ərazi iddiası yoxdur" dedi və s. Ona görə də liderlərin Kopenhagendə bu söhbətlərə aydınlıq gətirməsi önəmli idi. Zəngəzur dəhlizinin "Tramp yolu" adlanan hissəsi Ermənistan ərazisindən keçəcək. SSRİ-dən qalmış yolların ciddi təmirinə ehtiyac var. Məlumatlara görə, Avropa İttifaqı yolların bərpasına maliyyə ayıracaq. Danimarka görüşündə bununla bağlı müzakirələrin baş verdiyini düşünürəm. Fransa və İtaliya rəhbərliyi ilə görüşlərdə də bu, müzakirə mövzusu ola bilər".
Həmsöhbətimiz qeyd edib ki, hazırda Paşinyanın vəziyyəti mürəkkəbdir:
"Moskva və Tehran Zəngəzur dəhlizi ilə bağlı İrəvana təzyiqlər edir. Avropa İttifaqının da öz yanaşması var. Çıxılmaz vəziyyətdə olan baş nazir siyasi məsuliyyətini dərk etmək, iradə ortaya qoymaq sınağı qarşısındadır. Hamı bilir ki, sülh heç də asan proses deyil, müəyyən çətinliklər var və olacaq. Əslində, mürəkkəb vəziyyəti Paşinyan özü yaradıb. Rusiya sərhədçiləri 1992-ci ildən Ermənistan sərhədlərini qoruyur. Hələlik elə bir bəyanat yoxdur ki, rus sərhədçiləri nə zamansa oranı tərk edəcək. Paşinyanın dövründə Avropa İttifaqının missiyası Ermənistan-Azərbaycan sərhədlərinə yerləşdirilib. Həmin missiya hələ də fəaliyyətdədir. Üstəlik, "Tramp yolu"nun təhlükəsizliyini ABŞ-yə məxsus qüvvələr təmin edəcək. Yəni Ermənistan rəhbərliyi bir-biri ilə problem yaşayan güclərin hamısını Ermənistana yığıb. İranı da yaddan çıxarmayıb. Bu da Paşinyanın vəziyyətinin çox mürəkkəb olduğunu göstərir. Yenə deyirəm, bu, İrəvan hökumətinin öz səhvlərinin nəticəsidir. Ümid edək ki, Paşinyan bölgədə sülhü və əməkdaşlığı bərqərar etmək üçün siyasi iradəsini sərgiləyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə