Tramp Ermənistandakı səfirini geri çağırır

ABŞ Prezident Administrasiyası xarici ölkələrdəki 29 səfirini geri çağırır.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“Diplomatik nümayəndəliklərin rəhbərlərinə ötən həftə səlahiyyət müddətlərinin 2026-cı ilin yanvar ayında başa çatacağı barədə məlumat verilib. İstefaya gedən bütün səfirlər sabiq prezident Baydenin zamanında post tutublar. ABŞ-ın yeni diplomatik strategiyası hazırkı Prezident Donald Trampın “Hər şeydən öncə Amerika” prioritetlərini tam dəstəkləyən kadrların işə götürülməsini nəzərdə tutur. Ən çox səfir Afrikadan geri çağırılıb: Burundi, Kamerun, Kabo-Verde, Qabon, Fil Dişi Sahili, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda. Asiyanın isə altı ölkəsində səfirlər dəyişdiriləcək: Fici, Laos, Marşal adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnam. Bundan başqa, Avropada - Ermənistan, Makedoniya, Monteneqro və Slovakiya, Yaxın Şərqdə - Əlcəzair və Misir, Cənubi və Mərkəzi Asiyada - Nepal və Şri-Lanka, Qərb yarımkürəsində isə Qvatemala və Surinamadakı səfirlər geri çağırılacaq”, - məlumatda deyilib.