TRİPP üçün ABŞ-lə fəal danışıqlar aparırıq - Paşinyan

Ermənistan "Tramp marşrutu" (TRİPP) layihəsinin həyata keçirilməsi üçün ABŞ-la fəal danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşdən sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, layihənin həyata keçirilməsi Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, həmçinin həm Ermənistanın, həm də Qazaxıstanın ixrac potensialını artıracaq.