“Bakıdan Naxçıvana uzanan dəhliz (Zəngəzur) türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nəqliyyat və logistika strategiyaları da vizyonumuzun mühüm halqalarındandır. Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək”, - o bildirib.
Prezident Ərdoğan vurğulayıb ki, türk dünyası Balkandan Xəzərə qədər uzanan geniş coğrafiyada düşünən, istehsal edən və istiqamət verən bir bölgə olma potensialına malikdir.