Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin hərbi-nəqliyyat təyyarəsinin təhqiqat üçün mühüm əhəmiyyət kəsb edən bütün parçaları tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Gela Geladze bildirib.“İstintaq üçün vacib olan bütün texniki vasitələr və təyyarə fraqmentləri tapılıb, ekspertiza aparılır.
Axtarış və xilasetmə işlərinə Türkiyə və Gürcüstandan min nəfərdən çox şəxs cəlb olunub”, - nazir jurnalistlərə deyib.
Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.