
Zəngəzur dəhlizinin açılması Ermənistan üçün son şansdır -ŞƏRH
Yusif Nəzərli
08:25 29.10.2025
Cənubi Qafqaz
522
Professor: “Ermənistan 30 illik işğalın maddi və mənəvi zərbələrindən hələ də toparlana bilmir”
Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətləri üzərində aparılan danışıqlar artıq real nəticələr verməyə başlayıb. Regionda iqtisadi inteqrasiyanın dərinləşməsi istiqamətində atılan son addımlardan biri də Ermənistanın Qazaxıstandan aldığı buğdanın Azərbaycan üzərindən daşınması ilə bağlı qərardır. Bu dəyişiklik nəinki logistika xərclərini azaldır, həm də regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sözlərinə görə, yeni dəhliz sayəsində daşınma məsafəsi və nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə azalacaq: “Uzun müddət danışıqlar aparırdıq ki, Qazaxıstandan buğda əldə etmək imkanı olsun, amma bu, kifayət qədər bahaydı - 280 dollar və daha çox, çünki nəqliyyat xərcləri çox böyük idi. Yeni dəhliz vasitəsilə isə qiymət xeyli ucuzlaşır.
Bunun üçün iki yol var idi - Aktau-Ənzəli (İran) və Aktau-Bakı (Azərbaycan). Ənzəli daha uzaqdır. Əvvəlcə dənizlə Ənzəliyə, sonra quru yolu ilə İran ərazisindən keçərək Mehriyə çatır, Mehridən də İrəvana. Təxminən bizim Sünik vilayəti kimi, İranın həmin hissəsi də dağlıq, mürəkkəb relyefə malikdir və əlaqə çətindir. Azərbaycanın ərazisi vasitəsilə isə dəmir yolu var və yol çox daha qısadır.
Hesab edirəm ki, Qazax-İcevan dəmir yolu da olarsa, bu zaman nəqliyyat əlaqəsinin cəlbediciliyi daha da artacaq. Əgər diqqət etsəniz, Rusiya da bildirib ki, bu yol onun üçün də açıqdır və bu da maraqlıdır. Nəticədə, Ermənistana Rusiyadan olan ənənəvi bir yol iki olur”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Bundan sonra Ermənistanın Qazaxıstandan aldığı taxılın Azərbaycan vasitəsilə daşınacağı bəyan edilib.
Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində regionda nəqliyyat əlaqələrinin pozulduğunu xatırladan iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Sherg.az-a açıqlamasında deyib ki, bu vəziyyətdən ən çox zərər görən də elə Ermənistanın özü olub:

“Əgər bu illər ərzində torpaq iddiaları səbəbindən blokada şəraitində yaşayan Ermənistanın hansı iqtisadi və maliyyə itkilərinə məruz qaldığını hesablamağa qalxsaq, bu, Ermənistanın on illik ümumi daxili məhsulundan bir neçə dəfə böyük bir məbləğ etmiş olar. Ağılsız torpaq iddialarının Ermənistana bəxş etdiyi maddi və mənəvi ziyanın ölçüləri yoxdur. Baxın, 30 il bu torpaqları özününküləşdirmək istəyəsən və xalqını inandırasan ki, bu belə olacaq və sonda hər şeyi itirib işğal etdiyin torpaqlardan da rədd olub gedəsən – bax, mənəvi zərər deyəndə nəzərdə tutulan budur. 44 günlük müharibədən sonra Ermənistan əhalisi dərin bir depressiya yaşamağa məhkum oldu. Çünki başqasının torpaqlarının işğalı hesabına ərazilərini böyütmək kimi ağılsız istəkləri puç olmuşdu.
Nikol Paşinyanın hakimiyyətə gəlməsindən və 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra ermənilər başa düşdülər ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıra bilməsələr, Ermənistanı da itirəcəklər. Ağıllandılar. İndi Azərbaycanla, Türkiyə ilə nəqliyyat dəhlizlərinin açılması prossesi gedir. Əlbəttə ki, iqtisadi cəhətdən bu yollar olduqca sərfəlidir. Lakin bu yolda ermənilərin bir daha səhv etmək şansları yoxdur. Bunu Ermənistan hakimiyyəti çox yaxşı anlayır. Azərbaycan və Türkiyə ilə razılaşmalarda hər hansı bir xəyanət bu dəfə Ermənistanın bir dövlət kimi məhvinə apara bilər. Düşünürəm ki, onlar bunu çox yaxşı anlayırlar”.
Professorun sözlərinə görə, Azərbaycan mövcud nəqliyyat düyünlərinin açılması üçün öz tərəfindən lazım olan addımları atıb:
“Buna qarşılıq olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında daşımaların Ermənistan üzərindən aparılmasına yaşıl işıq yandırdı. Lakin bu, çox uzun yoldur. Ermənistanın indi əsas öhdəliyi Zəngəzur dəhlizinin və bu dəhlizdən keçəcək Tramp yolunun tezliklə açılması üçün bütün səyləri bir araya gətirib bu yolun ən qısa zaman kəsiyində açılmasını təmin etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm