
ABŞ-yə ismarıc: Ərdoğan Suriyada PKK/YPG-nin silahı buraxmaması təqdirində...
Yusif Nəzərli
13:47 15.01.2025
Dünya
603
Hər kəs əlini Suriyadan çəksin, həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəcək gücümüz var. Bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.
Ərdoğan deyib ki, hər kəs əlini Suriyadan çəksin. Suriyalı qardaşlarımızla birlikdə İŞİD, YPG və digər terror təşkilatlarının başlarını qısa zamanda əzəcəyik.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu çıxışı ilə dünyaya və Amerika Birləşmiş Ştatlarına ismarıc yönləndirərək ABŞ-nin Suriyada PKK/YPG güclərinin silahı buraxmasına vadar etməsə, həmin zaman Türkiyə birmənalı şəkildə Suriyada həmin qruplaşmalara qarşı yeni əməliyyat həyata keçirəcəyini bildirir:

“Hazırda Türkiyə-Suriya sərhədində böyük miqdarda türk qoşunları və texnikası yığılıb. Onlar sadəcə olaraq prezidentdən start əmri gözləyirlər. Məsələ burasındadır ki, dekabrın 8-də Suriyada yeni bir reallıq yarandı. Əvvəlki rejim dəyişdi və Əhməd əl-Şaranın başçılıq etdiyi yeni hamikiyyətin qarşısında bir sıra çağırışlar var. İlk növbədə bura ölkənin yenidən qurulması və bərpası, eyni zamanda beş milyona yaxın qaçqının geri qayıtması məsələsi, ölkənin iqtisadi cəhətdən inkişafı və Suriyanın ərazi bütövlüyünün təmin olunması daxil idi. Bu Suriyanın hər bir nöqtəsində Dəməşq hökümətinin nəzarətinin mövcud olması deməkdir. Ona görə də Suriyanın Şimal Şərqində ölkə ərazisinin təxminən 1/3-nə nəzarət edən Suriya Demokratik Qüvvələri və ona bağlı YPG qruplaşmalarının silahı yerə atmalıdır. Suriya Türkiyənin dəstəyi ilə buna çoxdan nail ola bilərdi. Lakin ortada ABŞ faktoru mövcuddur. Dekabrda Amerikanın iki minə yaxın əsgərinin Suriyada mövcud olduğu məlum oldu. Onlar da YPG qruplaşmasını dəstəkləyirlər. Digər tərfdən YPG qruplaşmalarının nəzarət etdiyi ərazilər neft və qazla zəngindir. Dolayı yolla desək Amerika həm də Suriyanın neft və qaz resurslarına sahibdir. Bu isə hazırki höküməti heç bir halda qane etmir. Buna görə də Şam höküməti ilə YPG qruplaşmaları arasında bir neçə həftə görüşmələr baş verib”.
Ekspert qeyd edib ki, yeni hökümətin tələbi YPG-nin silahı yerə qoyması və Suriya cəmiyyətinə inteqrasiya olunmasıdır:
“Eyni tələbi Türkiyə tərəfi də irəli sürmüşdü. Amma görünən odur ki, YPG şərtlərlə hələ razılaşmayıb. YPG-nin şərti isə bundan ibarətdir ki, ayrıca silahlı qruplaşma şəklində Suriya ordusunda yer alsın və hazırki ərazilərdə öz mövcudluğunu davam etdirsin. Həmçinin həmin ərazilərdə olan neft və qaz gəlirlərinin yarısını öz nəzarətində saxlasın. Təbii ki, Suriya hökuməti belə bir güzəşti etmək niyyətində deyil. Çünki bu ilk növbədə hökümətin zəifliyini göstərər və ölkənin suverenliyini təhdid altına alar. Hələ ki, danışıqlar davam edir. Danışıqlar zamanı YPG təklifləri qəbul etmədiyinə görə Türkiyə tərəfindən haqlı təzyiqlərə məruz qalır. Düşünürəm ki, Türkiyə danışıqları Amerika ilə də masa arxasında davam etdirir. Donald Tramp hakimiyyətə gəldikdən sonra danışıqlar daha intensiv şəkildə gedəcək. Türkiyənin əlində digər faktor isə Abdullah Öcalandır və ondan istifadə edə bilər. Abdullah Öcalan ev dustaqlığına buraxıldıqdan sonra bütün radikal qruplaşmalara çağırış edərək silahları buraxmasını özündə ehtiva etmə ehtimalı var”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm