Rusiya “Tayfun”ları Suriyaya göndərdi

Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi polis qüvvələri üçün “Tiqr” və “Tayfun-U” zirehli maşınları göndərib.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, aviabazaya onlarla hərbi texnika çatdırılıb. Sözügedən texnika Suriya-Türkiyə sərhədindəki xüsusi tapşırıqların icrasında istifadə ediləcək.