ABŞ nüvə silahını Almaniya ərazisindən çıxarmalıdır.
“RİA Novosti” xəbər verir ki, bu haqda Bundestaqın deputatı Ditmar Barç bildirib.
“Mən və partiyam ABŞ-ın nüvə silahının Almaniya ərazisində yerləşməsinin əleyhinəyik. Bu silahlar ölkədən çıxarılmalıdır. Ölkədəki ABŞ bazaları məsələsi də kəskin olaraq qalır. Almanların çoxu bu mövqeyimizlə razılaşır”, - Barç qeyd edib.