İran hakimiyyəti ölkədəki iğtişaşlar üzərində qələbə qazanıb.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. O, ölkədə baş verən kütləvi iğtişaşları xarici ölkələrin yaratdığını bildirib:
“Etiraz aksiyaları region ölkələri, ABŞ-ın dəstəyi ilə keçirilib. İran xalqı imkan vermədi ki, İranın düşmənləri benzin qiymətinin qalxmasıyla bağlı olan situasiyadan istifadə etsinlər”.
Qeyd edək ki, bundan öncə aksiyalarla bağlı açıqlama verən Ali dini lideri Xamanei də İran hakimiyyətinin “ölkənin təhlükəsizliyini təhdid edən düşmənləri” geri çəkilməyə məcbur etdiyini demişdi.