Gürcü Arzusuna qarşı fəaliyyətdə müxalif liderlər xarici siyasət məsələlərinə toxunmamaq barədə razılaşıblar.
Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Gürcüstanın keçmiş spikeri Nino Burcanadze deyib. O, ölkədəki etirazlarda Moskvanın əlinin olmadığını bildirib:
“Mitinqlərin Rusiyaya aidiyyəti yoxdur. Hazırda mitinqlərdə heç bir antirusiya və ya digər xarici siyasət şüarı səslənmir. Bir sözlə, etirazlarda nə Moskva, nə də Vaşinqtonun əli var. Hər şey İvanişvilinin axmaqlığı ucbatından baş verir”.