Polkovnik hamilə arvadını girov götürdü: Sabiq nazir oğludur

Rostovda TFR-nin müstəntiqi Sergey Tkaçev evində barikada quraraq səkkiz aylıq hamilə həyat yoldaşını Makarov silahı ilə hədələyib girov götürdü.

Virtualaz.org bildirir ki, bu barədə “Russian Deadline” məlumat yayıb.

Məlumata görə, 39 yaşlı müstəntiq hamilə arvadını girov götürməmişdən öncə oğlunu evdən qovub. Onun ya alkoqol içki, ya da hər hansı bir psixiatrik dərmanın təsiri altında olduğu bildirilib. S.Tkaçevin həyat hansısa səbəblərdən yoldaşı və oğlu ilə bu cür davranması hələlik məlum deyil. Güman edilir ki, onun hərəkətlərinin səbəbi əsəb pozğunluğundan yaranıb.



Qeyd olunur ki, hadisədən xəbərdar olan FSB təhlükəsizlik işçiləri Tkaçevin mənzilinə basqın ediblər. Təhlükəsizlik işçilərinin səyi nəticəsində o, hamilə arvadını sərbəst buraxıb. İstintaq Komitəsi Tkaçevlə bağlı daxili yoxlamalar aparır, o, vəzifəsindən kənarlaşdırılıb.

Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, S. Tkaçev Kalmıki mənzil və kommunal xidmətlərinin keçmiş naziri Nelli Tkaçevanın oğludur. Nelli Tkaçeva 2011-ci ildən 2019-cu ilin aprel ayına qədər Kalmıkidə mənzil və kommunal xidmətləri naziri vəzifəsində çalışıb. Qadın Kalmıki rəhbərinin səlahiyyətlərini icra edən Batu Xasikovun sərəncamına əsasən öz istəyi ilə vəzifəsindən azad edilib.