Evimə qayıtmaq istəyirəm, lakin başıma nəsə gəlməsindən qorxuram.
“RİA Novosti” xəbər verir ki, bu sözləri Boliviyanın keçmiş lideri Evo Morales deyib.
Morales Boliviyaya qayıtmağa hazır olduğunu, lakin müvəqqəti hökumətdən təhlükəsizliyi ilə bağlı zəmanət gözlədiyini qeyd edib. Keçmiş prezident ABŞ-ın onun qayıtmasının əleyhinə çıxış etdiyini bildirib.
“Mən sabah qayıtmağa hazıram, zəmanət gözləyirik. Əgər başıma nəsə gəlsə, buna görə müvəqqəti hökumət məsuliyyət daşıyacaq”, - Morales deyib.
Xatırladaq ki, Morales noyabrın 10-da prezident postundan istefa verərək ölkəni tərk edib.