Şübhəli avtomobil Ağ Evin həyətinə daxil olmağa çalışıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Təhlükəsizlik Xidməti məlumat yayıb.
Avtomobilin sürücüsünün saxlanıldığı bildirilib.
Sürücünün hansı səbəbdən binanın həyətinə daxil olmaq istəməsi barədə hələlik məlumat yoxdur.