"Ölkəmizə qarşı terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsizlik zonası sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarını təmin edəcəyik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Sülh çeşməsi” əməliyyatı ilə bağlı açıqladığı bu hədəflərə nail olunur. Suriyalılar “Sülh çeşməsi” əməliyyatı ilə terrorçulardan təmizlənmiş təhlükəsiz bölgəyə qayıdırlar.
İllərdir terror təşkilatlarının işğalı səbəbilə torpaqlarından didərgin düşən suriyalılar “Sülh çeşməsi” əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənmiş Tel Abyada qayıtmağın sevincini yaşayırlar.
Əməliyyat çərçivəsində YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda həyat normallaşır. Xalqın ehtiyaclarının ödənilməsi üçün demək olar ki, hər sahədə təmir-abadlıq işləri davam etdirilir.
Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başladılan “Sülh Çeşməsi” əməliyyatı YPG/PKK terror təşkilatının zülmü səbəbilə doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalan suriyalılar üçün də evə qayıdış ümidi olub. İllərlə evlərindən didərgin düşən suriyalılar “Sülh Çeşməsi” əməliyyatı nəticəsində Tel Abyadın yaşayış üçün yararlı vəziyyətə gətirilməsilə ata-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.