Trampdan koronavirus açıqlaması: Əla planımız var

Koronavirusla mübarizə aparmaq üçün bizim əla hazırlanmış planımız var.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Amma yalançı KİV-lər bizi axmaq yerinə qoymaq üçün hər şeyi edirlər. Kədərlidir!” - Tramp bildirib.

Qeyd edək ki, “Vaşinqton Post” qəzeti ABŞ hökumətinin virusun yayılmasının qarşısının alınması ilə bağlı səhvlərə yol verdiyini yazıb.