Aleksandr Novak: Rusiya gündəlik neft hasilatını 500 min barrel artıra bilər


Rusiya neft istehsalını yaxın müddətdə gündəlik 250-300 min barrel səviyyəsində, ümumiyyətlə isə 500 min barrel artıra bilər.

AZƏRTAC “Rossiya-24”ə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

O, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə istehsalın azaldılması barədə razılaşma sayəsində Rusiya büdcəsinə 3 ildə təxminən 10 trilyon rubl daxil olduğunu söyləyib.